Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
02 
in
2025
16:50

Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib - YENİLƏNİB

02 in, 2025
16:50
916

Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.

APA xəbər verir ki, Con Ardill “ExxonMobil” şirkətinin rəhbəri Darren Vudsun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını şirkətin rəhbərinə çatdırmağı xahiş etdi.

Görüşdə “ExxonMobil” şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümlədən “Azəri-Çıraq-Günəşli” layihəsində səhmdar qismində iştirakı qeyd olundu. Ölkəmizin neft-qaz potensialının reallaşdırlması istiqamətində SOCAR ilə “ExxonMobil” arasında bu gün imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə Azərbaycan Prezidentinə məlumat verildi.

Qonaqlar Azərbaycanda neft-qaz, enerji sahələrinin inkişafı üçün mövcud olan münbit şəraiti xüsusilə qeyd etdilər.

***

13:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.

Bizimlə əlaqə saxlayın