Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq
sizinxeber.az xəbər saytı

Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq


Ermənistan və ABŞ arasında TRIPP ("Tramp marşrutu") layihəsi üzrə çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə bu gün paraflanmış strateji əməkdaşlıq haqqında çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq", - o bildirib.

Mirzoyan bildirib ki, sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb, lakin hər iki ölkədə başa çatdırılmalı olan texniki prosedurlar qalmaqdadır. "Bu prosedurlar bir neçə həftə ərzində başa çatdırılacaq və biz yekun sənədi imzalayacağıq", - nazir əlavə edib.

O qeyd edib ki, hazırlıq çərçivəsində daha bir sıra sənədlərin, xüsusən də TRIPP şirkətinin nizamnaməsinin imzalanması zəruridir.

Mirzoyanın sözlərinə görə, layihəyə müxtəlif ölkələr və şirkətlər maraq göstərir.

"Bir sıra ölkələr müxtəlif istiqamətlərdə, xüsusən də materialların, relslərin tədarükü, tikinti və proqram təminatı üzrə layihəyə maraq göstərir. Biz artıq bir sıra tərəfdaşlarla ilkin müzakirələr və fikir mübadiləsi aparmışıq, lakin mən hələlik hər hansı nəticə çıxarmaq və ya adlar çəkmək istəməzdim", - o vurğulayıb.

Oxşar xəbərlər

Rubio TRIPP layihəsini Cənubi Qafqazda sülh və firavanlığa doğru "mühüm addım" hesab edir
Mirzoyan: TRIPP layihəsinin tikintisi üçün Ermənistana üçüncü ölkənin dəstəyi zəruridir
Paşinyan: Qazaxıstan TRIPP layihəsinə maraq göstərir
Vaşinqton və İrəvan TRIPP ilə bağlı bir sıra əməliyyat məsələlərini razılaşdırıb
Nazir müavini: TRIPP şirkətinin yaradılması ilə məşğuluq, işlər çox fəal şəkildə aparılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər