"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib
sizinxeber.az xəbər saytı

"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib


"Hizbullah" radikal qruplaşması Livanın bütün ərazisi üzrə hərbi əməliyyatlara son qoymağı təmin edəcək atəşkəsə razılıq verib.

"Report"un "Lebanon Debate"yə istinadən məlumatına görə, bu barədə hərəkatın parlament fraksiyasının üzvü Həsən Fədlallah bildirib.

O, həmçinin atəşkəsin İsrail qoşunlarının Livandan tamamilə çıxarılmasına zəmin yaradacağına ümid etdiyini deyib.

"İsrailin şərtlərə əməl edəcəyi təqdirdə Livanın bütün ərazisində tam və hərtərəfli atəşkəsi dəstəkləyirik", - deputat bildirib.

H.Fədlallahın sözlərinə görə, İsrail atəşkəsi qorumaq, Livanın cənubundakı evlərin və kəndlərin dağıdılmasının qarşısını almaq üçün qəti öhdəlik götürməlidir.

Oxşar xəbərlər

"Axios": "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır
İsrail və “Hizbullah” atəşkəsin pozulması üzrə qarşılıqlı ittihamlar irəli sürür
İsrail ordusu Hizbullah hədəflərinə yeni silsilə hava zərbələri endirib
Tramp: İsrail və "Hizbullah" atəşkəs barədə razılığa gəlib
İsrail HHQ "Hizbullah"ın radikal dəstəsinə hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər