Kirill Ermənistanın ağıllanması üçün dua edəcək
sizinxeber.az xəbər saytı

Kirill Ermənistanın ağıllanması üçün dua edəcək


Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə Ermənistanın “ağıllanması” və Rusiyanın maraqlarının xilası üçün dua etmək tapşırılıb.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Rusiyanın “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Kremldəki mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, dua mərasimləri şəxsən Patriarx Kirill və bir neçə seçilmiş ruhani tərəfindən yaxın günlərdə keçiriləcək:

“Ermənistanla bağlı işlərimiz çətindir. Onu itiririk və Vladimir Putin çox əsəbidir. Və bununla bağlı nəsə etmək bizim üçün çətindir - hərbi seçim hələ də sual altındadır, gücümüzə başqa yerdə ehtiyacımız var. Təzyiq göstərəcəyik, amma bunun nə qədər təsirli olacağını demək çətindir. Buna görə də onlara dua etməyi tapşırdıq. Ermənistanın ağıllanması, Rusiyanın maraqlarının xilas olması və Tanrının bizə müttəfiq saxlaması üçün. Dünya arenasında işlər çətindir. Bəzən elə görünür ki, bizi yalnız dualar xilas edəcək”.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana gəlib
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfər edib
Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər