Türkiyəli nazir: Azərbaycan elektrik enerjisi ilə də regional enerji təhlükəsizliyinə töhfə verəcək
Azərbaycan gələcəkdə təkcə neft və təbii qazla deyil, elektrik enerjisi ilə də regional enerji təhlükəsizliyinə töhfə verəcək.
"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
O qeyd edib ki, Bakı Enerji Forumu enerji təhlükəsizliyi və enerji böhranlarının müzakirəsi baxımından mühüm platformadır və tədbirə yüksək səviyyəli iştirak Azərbaycanın regionun enerji təhlükəsizliyində oynadığı rolu bir daha nümayiş etdirir.
Alparslan Bayraktarın sözlərinə görə, TANAP və Bakı–Tbilisi–Ceyhan kimi layihələrdə olduğu kimi, yaşıl enerji sahəsində də Azərbaycan-Türkiyə əməkdaşlığı yeni mərhələyə çıxır.
“Türkiyə təxminən 60 mlrd. kubmetr təbii qaz istehlak edən ölkədir. Azərbaycanın qazı uzun illərdir bizim ən mühüm təchizat mənbələrimizdən biridir. Gələcək dövrdə burada hasil olunan daha çox qazın Türkiyəyə, eləcə də Avropaya nəqli mümkün ola bilər”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, tərəflər bununla bağlı müvafiq razılaşmalar imzalayıblar.
Oxşar xəbərlər
Bayraktar: Türkiyə TANAP-ın elektrik versiyasını yaratmaq niyyətindədir
Pərviz Şahbazov: Azərbaycan həm bu günün, həm də gələcəyin enerji təhlükəsizliyinə töhfə verir
Pərviz Şahbazov: Enerji təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsinə çevrilib
Pərviz Şahbazov İstanbulda Türkiyə və Moldovanın energetika nazirləri ilə görüşüb
Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
