Şamil Ayrım: Gələcəyin enerji vizyonu Azərbaycanda formalaşır
Energetikanın ürəyi can Azərbaycanda döyünür. Gələcəyin enerji vizyonu və elektroenergetikanın transformasiyasının istiqaməti burada formalaşır.
"Report" xəbər verir ki, bunları Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım "X"dəki səhifəsində yazıb.
"Bakı Enerji Forumu ilə əlaqədar energetika və təbii sərvətlər nazirimiz Alparslan Bayraktarla birlikdə Bakıdayıq.
Forumun açılışı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Açılışdan sonra cənab İlham Əliyevlə birlikdə sərgi sahəsindəki stendləri ziyarət etdik və onu TPAO stendimizdə qəbul etmək imkanı qazandıq.
Ənənəvi Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunun uğurlu təşkilində əməyi olan Azərbaycanın energetika naziri cənab Pərviz Şahbazova və əməyi keçən bütün həmkarlarına səmimi təşəkkürümü bildirirəm.
Türkiyə və Azərbaycan enerji sektorundakı güclü əməkdaşlığını daha da inkişaf etdirməklə regional enerji təhlükəsizliyi və davamlı inkişaf hədəflərinə birgə töhfə verməyə davam edəcəklər", - Ş.Ayrım vurğulayıb.
🇦🇿Enerjinin kalbi, can Azerbaycan’da atıyor. Geleceğin enerji vizyonu ve elektrik dönüşümünün yönü burada şekilleniyor.
— ŞAMİL AYRIM 🇹🇷 (@samilayrim) June 1, 2026
Bakü Enerji Forumu vesilesiyle Enerji ve Tabii Kaynaklar Bakanımız Sayın @aBayraktar1 ile birlikte Bakü’deyiz.
Forumun açılışı bugün Azerbaycan Cumhurbaşkanı… pic.twitter.com/1y4eblqted
Oxşar xəbərlər
"Azərbaycan-Türkiyə Enerji Forumu"nun növbəti iclası müzakirə edilib
İzmirdə Türkiyə -Azərbaycan IV Enerji Forumu keçiriləcək - EKSKLÜZİV
Şamil Ayrım: Azərbaycan-Ermənistan sülhü Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yol açacaq
Alparslan Bayraktar: "Yaşıl enerji" layihələrinin həyata keçirilməsində böyük imkanlar var"
Alparslan Bayraktar: "TPAO “Şəfəq-Asiman” qaz yatağı layihəsinin səhmdarı olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

