Azərbaycanın kapital bazarında ötən il rekord sayda emissiya prospekti təsdiq edilib
Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) kapital bazarında rekord göstəriciyə imza ataraq 65 emissiya prospektini təsdiq edib.
“Report” xəbər verir ki, bunu AMB-nin Qiymətli kağızların qeydiyyatı şöbəsinin müdiri Asəf Məmmədov "12-ci Beynəlxalq Caspian Investment Forum"da bildirib.
Onun sözlərinə görə, AMB hər zaman emissiya prosesində emitentlərə dəstək verməyə çalışıb: "Bəzi hallarda Mərkəzi Bank özü təşəbbüs göstərərək emitent və ya anderrayterlərlə əlaqə saxlayıb, tövsiyələr verib. Əsas məqsəd emissiya prospektlərinin qanunvericiliyə uyğun tərtib olunmasını təmin etməkdir".
A. Məmmədov əlavə edib ki, AMB bu sahədə fəaliyyətini genişləndirmək niyyətindədir və bu il nöqsanların minimallaşdırılması üçün iki əsas hədəf müəyyən edilib:
"Ən çox rast gəlinən nöqsanlarla bağlı investisiya şirkətləri və emitentlərin iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır. Bu istiqamətdə işlərə artıq başlanılıb və təqdimatın yaxın aylarda təşkili nəzərdə tutulur. Bununla yanaşı, metodoloji dəstəyin artırılması planlaşdırılır. Emissiya prospektlərinin tərtibatı ilə bağlı xüsusi təlimat hazırlanacaq, bu da bazar iştirakçılarına prosedurların düzgün icrasında kömək edəcək".
Oxşar xəbərlər
AMB: Emissiya prospektlərinin hazırlanmasında süni intellektin tətbiqi araşdırılır
Azərbaycanda təsdiqlənən emissiya prospektlərinin sayı rekord həddə çatıb
AFBİA: Emissiya prospektinin pulsuz PR marketinq aləti olduğu tam dərk edilmir
ASCO-nun sədri: "Sıfır emissiya üçün yeni yanacaq növlərindən istifadəyə başlayırıq"
AFBİA: Kapital bazarında alət qıtlığı investorların marağının qarşısını alır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












