ASCO-nun sədri: "Sıfır emissiya üçün yeni yanacaq növlərindən istifadəyə başlayırıq"
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) sıfır emissiya hədəfinə çatmaq üçün yeni yanacaq növlərindən istifadəyə başlayır.
Bunu “Sizinxeber.az”un sualına cavab olaraq ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev bildirib.
O qeyd edib ki, artıq "Bakı Gəmiqayırma Zavodu" MMC-yə Xəzərdə fəaliyyət göstərəcək ilk hibrid dalğıc gəmisi sifariş edilib: “Həmin layihənin həm konsepsiyasını, həm də mühəndisliyini ASCO-nun elmi tədqiqat institutu hazırlayıb. Bu sıfır emissiya hədəfinə çatmaq üçün atılan addımlardan biridir. Ümumilikdə gəmiçilik dünyada beynəlxalq ticarət fəaliyyəti növüdür. Ona görə də biz öz fəaliyyətimizi təkcə Azərbaycanın qanunvericiliyinə uyğun deyil, o cümlədən beynəlxalq konvensiyalarının tələblərinə uyğun qururuq”.
ASCO-nun sədri diqqətə çatdırıb ki, Beynəlxalq Dəniz Təşkilatının 2050-ci il üçün hədəf kimi qoyduğu sıfır emissiyaya çatmaq üçün Gəmiçilik emissiyaların idarə edilməsi siyasətinə uyğun fəaliyyətini təsdiq edib: “Bu hədəfə çatmaq elə də asan deyil. Biz anlayırıq ki, bu, çox çətin bir işdir və böyük investisiyalar tələb edəcək. Hədəfimizə çatmaq üçün dünyada gedən prosesləri ciddi izləyirik, yeni innovativ həlləri öz gəmilərimizdə tətbiq edirik”.
Oxşar xəbərlər
ASCO sıfır emissiya hədəfinə çatmaq üçün strategiya və tədbirlər planı hazırlayır
ASCO “Qarabağ” gəmisini rebredinq edib
ASCO “Qarabağ” gəmisini rebrendinq edib
Azərbaycanda "Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə" imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
