UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Yay tətilini arzuladığın kimi keçirmək, yeni əşyalar almaq, evdə yarımçıq qalan işləri tamamlamaq- aylardır təxirə saldığın digər planları həyata keçirmək... Bu arzular 30 000 manatlıq sərfəli kredit xətti və 72 günədək güzəşt müddəti olan UCard ilə daha əlçatan oldu.
Məhz buna görə, Unibank UCard-ı daha sərfəli şərtlərlə yenilədi. Artıq UCard sahibləri 30 000 manatadək kredit xəttindən faydalana, istifadə etdikləri məbləği isə 72 günədək faizsiz geri ödəyə bilərlər.
Daha uzun güzəşt müddəti və daha yüksək kredit limiti ilə UCard maliyyə planlarınıza daha çox çeviklik və rahatlıq gətirir.
UCard istifadəçiləri üçün digər üstünlüklərdən biri də geniş taksit imkanlarıdır. Kart sahibləri 100-dən çox partnyor şəbəkəsində indi 24 ayadək taksitlə alış-veriş edə bilərlər. Partnyorların siyahısı və kampaniya şərtləri ilə “Unibank”ın rəsmi internet saytının “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.
Kredit kartından daha rahat və effektiv istifadə üçün müştərilər UBank mobil tətbiqindən yararlana bilərlər. Tətbiq vasitəsilə kredit limiti, istifadə olunmuş məbləğ, minimal ödəniş, ödəniş tarixləri və taksit ödənişləri barədə məlumatları operativ izləmək mümkündür.
Yenilənmiş UCard haqqında ətraflı məlumatı “Unibank”ın rəsmi internet saytından (https://unibank.az/az/cards/view/1998/ucard) və bankın xidmət şəbəkəsindən əldə etmək olar.
Unibank- Sənin Bankın!
Oxşar xəbərlər
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
Pulunu Unibank kartında saxla, 7% gəlir qazan!
“Unibank”ın 9,5 %-lik kredit kampaniyası davam edir
Unibank 0% komissiyalı kredit kampaniyası keçirir
Unibankdan son çərşənbə aksiyası: Komissiyasız kredit!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
