AMB: Emissiya prospektlərinin hazırlanmasında süni intellektin tətbiqi araşdırılır
Azərbaycan Mərkəzi Bankı (AMB) gələcəkdə emissiya prospektlərinin hazırlanmasında süni intellektin tətbiqi imkanlarını araşdırır.
“Sizinxeber.az” xəbər verir ki, bunu AMB-nin Qiymətli kağızların qeydiyyatı şöbəsinin müdiri Asəf Məmmədov 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.
Onun sözlərinə görə, innovativ həllərin tətbiqi istisna olunmur və bu sahədə mümkün yeniliklər daim nəzərdən keçirilir.
Bundan əlavə, anderrayterlərin roluna toxunan A.Məmmədov, investisiya şirkətlərinin fəaliyyətinin təkcə emitentlərin bazara çıxışına dəstək verməklə məhdudlaşmamalı olduğunu qeyd edib.
“Onların effektiv fəaliyyəti daha keyfiyyətli emissiya prospektlərinin hazırlanmasına və qeydiyyat prosesinin sürətləndirilməsinə mühüm töhfə verə bilər”, - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanın kapital bazarında ötən il rekord sayda emissiya prospekti təsdiq edilib
Azərbaycanda təsdiqlənən emissiya prospektlərinin sayı rekord həddə çatıb
AFBİA: Emissiya prospektinin pulsuz PR marketinq aləti olduğu tam dərk edilmir
Tahir Mirkişili: "Azərbaycanda qanunvericilik süni intellektin anlayacağı formatda hazırlanmalıdır"
Oljas Bektenov: "Süni intellektin tətbiqi Qazaxıstanda ÜDM-in illik 2-3 % artımını təmin edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
