Aİ Orta Dəhlizin inkişafı üçün "Connectivity Agenda Platform"u istifadəyə verir
sizinxeber.az xəbər saytı

Aİ Orta Dəhlizin inkişafı üçün "Connectivity Agenda Platform"u istifadəyə verir


Avropa İttifaqı (Aİ) Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən Orta Dəhliz boyu nəqliyyat, enerji və rəqəmsal layihələrin koordinasiyası üçün yeni "Connectivity Agenda Platform"u istifadəyə verib.

"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos platformanın istifadəyə verilməsinə həsr olunmuş konfransda bildirib.

Kosun sözlərinə görə, yeni platforma ayrı-ayrı təşəbbüsləri regionun nəqliyyat və logistika əlaqəsinin inkişafı üzrə vahid strategiyada birləşdirməklə marşrut ölkələri arasındakı əməkdaşlığı yeni səviyyəyə yüksəltməlidir.

"Connectivity Agenda Platform" bizə ayrı-ayrı təşəbbüsləri əlaqələndirməyə və daha geniş regionda əlaqələrin inkişafı üzrə ümumi baxış hazırlamağa imkan verəcək. O, həmçinin həqiqətən əhəmiyyət kəsb edən prioritet layihələr portfelini formalaşdırmağa töhfə verəcək", - Kos bildirib.

Platforma həmçinin hökumətləri, beynəlxalq maliyyə institutlarını və özəl investorları ümumi investisiya gündəliyi ətrafında birləşdirərək, maliyyə resurslarının cəlb edilməsini asanlaşdırmağa xidmət edir.

Aİ Orta Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) Avropa və Asiya arasındakı ənənəvi ticarət marşrutlarına vacib alternativ kimi qiymətləndirir. Lakin onun inkişafı buraxılış qabiliyyətinin məhdud və daşıma müddətinin uzun olması səbəbindən ləngiyir. Hazırda yüklərin Çin və Qazaxıstan sərhədindən Rumıniyaya çatdırılması 45 günə qədər vaxt apara bilər.

Oxşar xəbərlər

Marta Kos: Orta Dəhliz Aİ üçün strateji istiqamətə çevrilir
Avropa Komissarı Yozef Sikela Mərkəzi Asiya ilə əməkdaşlığın prioritet istiqamətlərini açıqlayıb
Orta Dəhliz üçün hazırlanmış rəqəmsal platforma rəsmən istifadəyə verilib
Alkis Drakinos: Orta Dəhliz Avropa və Asiya arasında yeni ticarət ekosistemi formalaşdırır
Tokayev: "TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər