Azərbaycan-Macarıstan birgə aqrar universitetinin yaradılması imkanları nəzərdən keçirilir
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) arasında ikili diplom proqramı çərçivəsində, hər iki ali təhsil müəssisəsinin bazasında Azərbaycan-Macarıstan Aqrar Universitetinin yaradılması imkanları müzakirə olunub.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Məcnun Məmmədov ilə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma arasında keçirilən görüşdə aparılıb.
Görüşdə aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi məsələsinə də toxunulub.
M. Məmmədov Azərbaycan və Macarıstan arasında əlaqələrin, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
Nazir: "Macarıstan universiteti Azərbaycanda filialını açmaqda maraqlıdır"
Azərbaycan və Macarıstan aqrar sahədə əməkdaşlıq istiqamətlərini müzakirə edib
Azərbaycan aqrar sığorta təcrübəsini Gürcüstanla bölüşəcək
Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Pakistanla aqrar sahədə əməkdaşlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Dövlət məktəblərində geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbiti I oxunuşda qəbul edilib
-
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
