Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Qanunvericilik təşəbbüsü hüququndan istifadənin elektron qaydada təşkili zamanı yaranan prosedurların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə də həyata keçiriləcək.
Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, layihə qanunvericilik təşəbbüsü hüququndan istifadənin elektron qaydada təşkili zamanı yaranan prosedurların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə də həyata keçirilməsinin (sənədlərin və məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi, təşəbbüs qrupu sədrinin EHİS-dəki elektron kabinetindən istifadə, elektron poçt və ya SMS vasitəsilə məlumatlandırılma və s) hüquqi əsaslarını müəyyən edir. Təklif edilən dəyişikliklər qanunvericilikdə mövcud olan hazırki prosedurların həyata keçirilməsində vaxt itkisinin qarşısının azaldılmasına, şəffaflığa və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Vətəndaşların qanunvericilik təşəbbüsü prosesinin elektron qaydaya keçirilməsi I oxunuşda təsdiqlənib
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları təsdiq edilib
Əmək pensiyası, sosial yardım və müavinətlərin təyin edilməsi, imtina edilməsi qərarları EHİS-dən təqdim ediləcək
"Vətəndaşların müraciətləri haqqında" Qanuna dəyişiklik edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Neft Emalı Zavodunda yanğın başlayıb
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
