Müəllimlərin sertifikasiyasının nəticələri iki həftə ərzində elan ediləcək, maaşlar artacaq
sizinxeber.az xəbər saytı

Müəllimlərin sertifikasiyasının nəticələri iki həftə ərzində elan ediləcək, maaşlar artacaq


Sertifikatlaşdırma prosesinin yekun nəticələrini təxminən bir-iki həftə ərzində ictimaiyyətə təqdim edəcəyik”.

Bunu APA-ya, Trend-ə və Xəzər televiziya kanalında müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Amma artıq ümumi mənzərə formalaşıb. Burada yalnız yüksək bal toplayan müəllimlər deyil, sertifikatlaşdırmadan keçmiş bütün müəllimlər maaşı artır. Sadəcə olaraq artım diferensial şəkildə tətbiq olunur. Bir qisminin maaşı 10 faiz, bir qisminin maaşı isə 35 faiz artırılır, – nazir vurğulayıb.

Qeyd edək ki, iyunun 17-si müəllimlərin sertifikasiya imtahanına başlanılıb. İyunun 25-nə qədər davam edəcək sertifikatlaşdırma prosesində Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər iştirak edəcəklər.

Xatırladaq ki, müsahibə bu gün saat 20:00-da APA İnformasiya Agentliyində, Trend İnformasiya Agentliyində və Xəzər televiziya kanalında yayımlanacaq.

Oxşar xəbərlər

Müəllimlərin serifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq
Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq
Təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanının vaxtı açıqlanıb
Bu il 75 minə yaxın müəllim sertifikatlaşdırmadan uğurla keçib, 2 mindən çoxu isə keçid balını toplamayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər