Firudin Qurbanov: Məktəblərdə şagirdlərin internetdən istifadəsi filtrlənib
sizinxeber.az xəbər saytı

Firudin Qurbanov: Məktəblərdə şagirdlərin internetdən istifadəsi filtrlənib


Azərbaycanda məktəblərdə şagirdlərin internetdən istifadəsi filtrlənib.

"Sizinxeber.az" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əksər tədqiqatlar göstərir ki, sosial şəbəkələr psixi nəticələrə gətirib çıxarır:

"Müxtəlif ölkələrdə müxtəlif yanaşmalar var. Alternativ yanaşmalar var. Yalnız qadağalarla deyil, təhlükəsiz sosial şəbəkələrə inestisiyalar yatırmaq üçün dünyada çağırışlar var".

Nazir müavini əlavə edib ki, mütəxəssislərin fikrincə, rəqəmsal savadlılıq daha yaxşı nəticə verə bilər:

"Hazırda Azərbaycanda məktəblərdə "TikTok"a çıxış bloklanıb. Şagirdlərin məktəblərdə internetdə istifadəsi filtrlənib".

Oxşar xəbərlər

Nazir müavini: Araşdırmalar sosial şəbəkələrin psixi sağlamlıq üçün mənfi nəticələrə səbəb olduğunu göstərir
Bahar Muradova: Valideynlər rəqəmsal savadlılıq sahəsinə cəlb edilməlidir
Nazir müavini: Azərbaycanda təhsilin rəqəmsallaşması prosesi sürətlə aparılır
Nazir müavini: Sosial şəbəkələrdə yerləşdirilən kontent tərbiyəvi xarakter daşımır
Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər