Milli Məclis büdcənin icrasını təsdiqləyib
sizinxeber.az xəbər saytı

Milli Məclis büdcənin icrasını təsdiqləyib


Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

“Report” xatırladır ki, ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur.

Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır.

İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.

Oxşar xəbərlər

Azərbaycan parlamenti büdcənin icrasını I oxunuşda qəbul edib
Azərbaycanın 2025-ci il üçün büdcəsi daha 40 milyon manat artırılıb
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
Azərbaycanda ötən il neft-qazın bazar qiymətləri büdcə qiymətlərindən az olub
ARDNF-nin gəlirləri və xərcləri ilə bağlı proqnozlar artırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər