"Tasnim": Xameneinin dəfn mərasimi iyunun 25-dən sonra keçiriləcək
sizinxeber.az xəbər saytı

"Tasnim": Xameneinin dəfn mərasimi iyunun 25-dən sonra keçiriləcək


İranın ali lideri Əli Xameneinin dəfn mərasimi iyunun 25-dən sonra keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Daha əvvəl İran hakimiyyəti üç günlük dövlət vida mərasimi keçirmək planları barədə məlumat vermişdi, lakin dəqiq tarixlər dəfələrlə təxirə salınıb.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

Oxşar xəbərlər

İran hava məkanını qismən açıb
İsrail İrandan yeni raket hücumu barədə məlumat verib
İran ABŞ-də futbol üzrə dünya çempionatında iştirak etməyə hazır olduğunu bildirib
İran: ABŞ və İsrailin zərbələri nəticəsində Buşehr AES-ə zərər dəyməyib
Asim Muniri Tehran hava limanında Abbas Əraqçi qarşılayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər