Yeni nəşrlərin vahid elektron reyestrinin yaradılması təklif olunub
Yeni nəşrlərin vahid elektron reyestrinin yaradılması təklif olunub.
APA xəbər verir ki, belə təkliflə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün təşkil etdyi “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə deputat Elnarə Akimova çıxış edib.
Deputat deyib ki, “Kitabxana işi haqqında" qanuna əsasən, nəşriyyatlar çap etdikləri kitabların müəyyən sayda məcburi nüsxələrini dövlət tərəfindən müəyyən edilmiş kitabxanalara təqdim etməlidirlər: “Neçə illərdir bu tələblər bir çox hallarda tam yerinə yetirilmirdi. Mədəniyyət Nazirliyinin mənim də bir neçə dəfə eksperti olduğum Nəşrləri Satınalma Komissiyası tərəfindən bu iş uğurla reallaşdırılıb. Bununla belə, çap olunan kitabın oxucuya çatdırılması, təqdimatların təşkili, kitabxanaların və təhsil müəssisələrinin məlumatlandırılması sistemli şəkildə həyata keçirilməlidir. Xüsusilə, bölgə kitabxanalarında yeni nəşrlərin, uşaq və yeniyetmə ədəbiyyatının çatışmazlığı müşahidə edilir. Bir çox məktəb və kitabxanalarda uşaqlar müasir Azərbaycan uşaq yazarlarının əsərləri ilə kifayət qədər tanış ola bilmirlər”.
Elnarə Akimova təkliflərini də açıqlayıb: “Çap olunan bütün kitabların kitabxanalara təqdim olunması elektronsistem üzərindən izlənilsə, nəticə daha səmərəli olar və məsuliyyət yaradar. Yeni nəşrlərin vahid elektron reyestri yaradılsa və kitabxanalar həmin bazaya çıxış əldə etsələr, əlçatanlıq daha yaxşı təmin olunar. Bölgə kitabxanalarının fondları, xüsusilə uşaq və yeniyetmə ədəbiyyatı ilə mütəmadi şəkildə zənginləşdirilməlidir. Rayon və kənd kitabxanalarında müasir uşaq ədəbiyyatı guşələri yaradılmalı, yerli müəlliflərin kitablarının əlçatanlığı artırılmalıdır. Kitabların təbliği və oxu mədəniyyətinin inkişafı istiqamətində nəşriyyatlar üçün təşviqedici mexanizmlər hazırlanmalıdır. Kitabxanalar sadəcə kitab saxlanılan məkan deyil, mütaliə, yaradıcılıq və maarifləndirmə mərkəzləri kimi fəaliyyət göstərməlidirlər”.
Oxşar xəbərlər
Deputat: Zəfər tariximizin yenidən yazılmasını, ədəbiyyatda baxış yenilənməsini labüd edib
Nazir müavini: Kitabxanaların 80 %-nin internetə çıxışı yoxdur - ƏLAVƏ OLUNUB
Fazil Mustafa: Müxtəlif attestasiyalar zamanı böyük təcrübəyə malik kitabxanaçıları itirdik
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılmasının yeni qaydası təsdiqlənib
Sadələşmiş vergi dərəcəsinə yenidən baxılması təklif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
