Azərbaycan parlamenti büdcənin icrasını I oxunuşda qəbul edib
sizinxeber.az xəbər saytı

Azərbaycan parlamenti büdcənin icrasını I oxunuşda qəbul edib


Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib.

11:00

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.

“Report” xəbər verir ki, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi I oxunuşda müzakirə edilir.

Ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur. Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır.

İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.

Oxşar xəbərlər

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
Azərbaycanın 2025-ci il üçün büdcəsi daha 40 milyon manat artırılıb
Azərbaycanda ötən il neft-qazın bazar qiymətləri büdcə qiymətlərindən az olub
Azərbaycanın dövlət büdcəsinin profisiti 5 %-dən çox artıb
Azərbaycanda yol vergisi üzrə daxilolmalar proqnozdan 7 %-ə yaxın çox olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər