Bayraktar: Türkiyə Türkmənistan qazının Azərbaycan ərazisindən tranzitini mümkün hesab edir
Türkiyə Türkmənistan qazının Azərbaycan ərazisindən nəqlini mümkün hesab edir, Türkiyəyə tədarük həcmi ildə 2 milyard kubmetrə çata bilər.
Bunu “Sizinxeber.az”a müsahibəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
“Azərbaycana gələn Türkmənistan qazı Azərbaycan ərazisindən keçməklə Türkiyəyə çata bilər”, - o bildirib.
Eyni zamanda Bayraktar tədarükün Azərbaycan qazının Gürcüstandan keçərək Türkiyəyə çatdırıldığı infrastruktur vasitəsilə həyata keçirilə biləcəyini qeyd edib.
“Belə tranzitlərin həcmi o qədər də böyük olmaya bilər. Amma əsas odur ki, onun Azərbaycan vasitəsilə həyata keçirilməsi üçün texniki imkan var. Türkmənistan qazı İrandan keçməklə Azərbaycana çatdırılır və eyni şəkildə Türkiyəyə də çatdırıla bilər”, - nazir əlavə edib.
Oxşar xəbərlər
Türkmənistan İrana qaz tədarükünü ildə 40 milyard kubmetrə qədər artırmaq niyyətindədir
Alparslan Bayraktar: "Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır" - EKSKLÜZİV
Bu il Azərbaycan Avropaya qaz ixracını 10 %-dən çox artırıb
Nazir: Bu gün hər kəs Türkiyəyə investisiya qoymaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
