Azərbaycan Böyük Britaniyada keçirilən beynəlxalq konfransda təmsil olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan Böyük Britaniyada keçirilən beynəlxalq konfransda təmsil olunub


Azərbaycan Böyük Britaniyanın Mançester şəhərində keçirilən "Global Offshore Wind 2026" beynəlxalq konfransında təmsil olunub.

Bu barədə "Report"a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində agentliyinin direktor müavini Fəqan Abdurəhmanov iştirak edib. Səfər Böyük Britaniya hökumətinin dəstəyi və səfirliyin dəvəti əsasında təşkil olunub.

Konfrans çərçivəsində nümayəndə heyəti Mançester Mərkəzi Konqres Kompleksində keçirilən sərgi və panel müzakirələrdə iştirak edib, dənizdə külək enerjisi sahəsində fəaliyyət göstərən çoxsaylı beynəlxalq şirkətlərlə tanış olub və şəbəkələşmə görüşləri keçirib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti üçün ayrıca təşkil olunmuş tədbirdə Böyük Britaniyanın dənizdə külək enerjisi təchizat zəncirini təmsil edən şirkətlər tərəfindən təqdimatlar keçirilib.

Həmin tədbirdə F. Abdurəhmanov çıxış edərək "Azərbaycanın bərpa olunan enerji keçidi və 2030 baxış" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ölkənin dənizdə külək enerjisi potensialı, görülən işlər və beynəlxalq investisiya imkanları barədə geniş məlumat verilib.

Səfərin davamında nümayəndə heyəti Uelsdə yerləşən RWE şirkətinə məxsus "Gwynt y Môr" və "Rhyl Flats" dənizdə külək stansiyalarına səfər edib. "Mostyn" limanında keçirilən proqram çərçivəsində iştirakçılar dənizdə külək parkının idarəetmə sistemi, dənizdə yerləşən yarımstansiyalar və əməliyyat prosesi ilə yaxından tanış olublar.

Bu səfər dənizdə külək enerjisi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və potensial investisiya imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

Azərbaycan IRENA Şurasının toplantısında təmsil olunub
Azərbaycan İspaniyada "WindEurope Annual Event 2026" tədbirinə qatılıb
COP29 nümayəndə heyəti Sevilyada beynəlxalq konfransda iştirak edir
Niderland səfiri: "Azərbaycanla iqtisadi əməkdaşlıq üçün böyük potensial var"
Azərbaycan Tacikistanda Yüksək Səviyyəli Beynəlxalq Konfransda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər