Bolea: Moldova Aİ və Ukrayna ilə nəqliyyat əlaqələrini sürətləndirir
sizinxeber.az xəbər saytı

Bolea: Moldova Aİ və Ukrayna ilə nəqliyyat əlaqələrini sürətləndirir


Moldova Avropa İttifaqı (Aİ) və Ukrayna ilə nəqliyyat əlaqələrinin inkişafını sürətləndirir, o cümlədən Rumıniya üzərindən Odessaya uzanacaq avtomagistral və dəmir yolu layihələrini həyata keçirir.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu ölkənin baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea Brüsseldə "Qarşılıqlı əlaqə gündəliyi" platformasının işə salınmasına həsr olunmuş konfransda bildirib.

O, müharibə şəraitində qarşılıqlı əlaqəni regionun dayanıqlılığının əsas amili adlandırıb.

Onun sözlərinə görə, nəqliyyat infrastrukturu obyektləri hücumlara məruz qaldığı hallarda daşımalar və Ukrayna məhsullarının ixracı üçün alternativ marşrutları təmin etmək məqsədilə Moldova dəmir yolu infrastrukturunun Ukrayna ilə inteqrasiyasının zəruriliyinə əmin olub.

Nazir qeyd edib ki, 2022-ci ildə Aİ-yə daxil olmaq üçün namizəd statusu aldıqdan sonra Moldovada qanunvericiliyin uyğunlaşdırılması və iqtisadiyyatda islahatların aparılması üzrə işlər həyata keçirilir. O, həmçinin xatırladıb ki, 2024-cü ildə respublika TEN-T Avropa nəqliyyat şəbəkəsinə daxil edilib.

Bolea bildirib ki, Moldova və tərəfdaşları Rumıniyanın Yassı şəhərini Kişineu və daha sonra Odessa ilə birləşdirməli olan avtomagistralın inşasını, eləcə də eyni marşrut üzrə yeni dəmir yolu xəttinin yaradılmasını müzakirə edirlər.

Oxşar xəbərlər

Aİ Moldovada dəmir yolu xəttinin yenidən qurulmasına 32 milyon avro ayıracaq
Nazir müavini: Qazaxıstan üçün TBNM sadəcə bir dəhliz deyil, strateji inkişaf istiqamətidir
Fon der Lyayen: Aİ Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların yeni mərhələsinə başlayır
Aİ Ukrayna və Moldova ilə danışıqların başlamasını razılaşdırıb
Əli Əsədov Moldova Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər