SOCAR "Uzbekneftegaz" ilə "Üstyurt" layihəsində gələcək əməkdaşlığı nəzərdən keçirib
sizinxeber.az xəbər saytı

SOCAR "Uzbekneftegaz" ilə "Üstyurt" layihəsində gələcək əməkdaşlığı nəzərdən keçirib


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın "Uzbekneftegaz" ASC şirkəti arasında "Üstyurt" layihəsi çərçivəsində görüləcək işlər və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

"Sizinxeber.az" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "Uzbekneftegaz"ın İdarə Heyətinin sədri Abdugani Sanginov arasında keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən müəyyənləşdirilən siyasətə uyğun olaraq, iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Bu xüsusda, SOCAR ilə "Uzbekneftegaz" arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar qeyd olunub.

Söhbət zamanı "Bakı Enerji Həftəsi"nin regionda enerji məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi əhəmiyyəti vurğulanıb. Eləcə də cari ilin ötən ayında "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilən görüşlərin, həmçinin BP şirkətinin "Üstyurt" investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasının önəmi diqqətə çatdırılıb, layihə çərçivəsində görüləcək işlər və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

SOCAR “Uzbekneftegaz” ilə Üstyurtda geoloji-kəşfiyyat layihəsi üzrə razılıq əldə edib
SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə edib
SOCAR “ExxonMobil Corporation” ilə Anlaşma Memorandumu imzalayıb
SOCAR-ın pavilyonu OGU2026 sərgisində "Ən Yaxşı Milli Stend Dizaynı" nominasiyası üzrə mükafata layiq görülüb
Azərbaycan və Özbəkistan neft-qaz sahəsində birgə layihələri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər