ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət katibinin köməkçisinin müavini və ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun həmsədri Sonata Koulter ilə görüşüb və ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, regional bağlantılar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb və 2 iyun tarixində Bakıda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının ikitərəfli əməkdaşlığın inkişafına əlavə töhfə verəcəyini qeyd ediblər.
Bundan əlavə, görüşdə iqtisadi və ticari əlaqələrin dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də regional sabitlik və rifahın təşviqi istiqamətində dialoqu davam etdirmək niyyəti ifadə olunub.
Oxşar xəbərlər
Elnur Məmmədov ABŞ Dövlət Departamentinin rəsmiləri ilə Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib
Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq müzakirə edilib
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığı müzakirə ediblər
Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
Azərbaycan və Pakistan XİN başçıları ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

