Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasına səfərə gəlib.
"Sizinxeber.az"un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, nümayəndə heyətini Minsk Milli Hava Limanında Belarus rəsmiləri, eləcə də Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev qarşılayıblar.
Səfərin ilk günü çərçivəsində nümayəndə heyəti Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evində olub. Burada Azərbaycan məhsullarının Belarus bazarında təşviqi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Nümayəndə heyəti Ticarət Evində nümayiş olunan məhsullarla tanış olub, onların Belarusda tanıdılması və satış perspektivləri ilə maraqlanıb.
Qeyd edək ki, S.Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarusa səfəri üç gün davam edəcək. Səfər çərçivəsində Azərbaycan-Belarus ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, eləcə də bir sıra yüksək səviyyəli görüşlərin təşkili nəzərdə tutulur.
Oxşar xəbərlər
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib
İyunda Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Mixail Myatlikov: "Azərbaycan Belarusun sayca yeddinci ən mühüm ixrac tərəfdaşı olub"
Belarus heyəti Qarabağın bərpasının tempindən heyrətə gəlib
Əli Əsğər Bağırzadə: İran və Belarus eyni düşüncəli ölkələrdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

