Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
sizinxeber.az xəbər saytı

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək


Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının son mərhələsini Türkiyənin Ankara şəhərində keçirəcək.

"Sizinxeber.az" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, bu mərhələ çərçivəsində komanda məşqlərlə yanaşı, Türkiyə millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.

Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Türkiyəyə Avropa Liqasında çıxış edəcək əsas heyətlə yollanıb. Hazırlıq prosesinin ardından yığma iyunun 5-də Ankaradan birbaşa İsveçə yola düşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını 6–7 iyunda İsveçdə keçirəcək. Yığmamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan komandaları olacaq.

Oxşar xəbərlər

Azərbaycanın voleybol millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vurub
Azərbaycan millisi Gümüş Avropa Liqasının oyunları üçün İsveçə yollanıb
Gümüş Avropa Liqası: Azərbaycan millisi bu gün ilk matçını keçirəcək
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər