SOCAR-la "ExxonMobil Corporation" arasında memorandum üzrə görülən işlər nəzərdən keçirilib
sizinxeber.az xəbər saytı

SOCAR-la "ExxonMobil Corporation" arasında memorandum üzrə görülən işlər nəzərdən keçirilib


"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "ExxonMobil Corporation" şirkətinin vitse-prezidenti Con Ardil ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə SOCAR ilə "ExxonMobil Corporation" arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanmasının mühüm tarixi hadisə olduğu vurğulanıb.

Söhbət zamanı şirkətlər arasında ötən il imzalanmış Anlaşma Memorandumu üzrə görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.

Oxşar xəbərlər

SOCAR “ExxonMobil Corporation” ilə Anlaşma Memorandumu imzalayıb
SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
SOCAR "Uzbekneftegaz" ilə "Üstyurt" layihəsində gələcək əməkdaşlığı nəzərdən keçirib
SOCAR-ın prezidenti İtaliyada bir sıra görüşlər keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər