"Sabah" Velko Simiçi azad agent kimi sıralarına cəlb edib
sizinxeber.az xəbər saytı

"Sabah" Velko Simiçi azad agent kimi sıralarına cəlb edib


"Sabah" futbolçusu Velko Simiçlə yeni müqavilə bağlayıb.

Klubdan "Report"a verilən məlumata görə, serbiyalı yarımmüdafiəçu ilə yeni müqavilənin müddəti 2 ildir.

Simiç "Sabah"la yeni sözləşməni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.

Velko Simiç ötən ilin avqustunda Türkiyənin "Sivasspor" klubundan icarə əsasında "Sabah"a qoşulmuşdu.

O, "bayquşlar"ın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.

Simiç son mövsümdə "Sabah"ın heyətində Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.

Oxşar xəbərlər

"Sabah" Azərbaycan Kubokunda 20-ci ev qoluna imza atıb
Premyer Liqa: Lider "Sabah" turun son oyununda qələbə qazanıb
"Sabah" qapıçısı Stas Pokatilovla yeni müqavilə imzalayıb
"Sabah" klubu legioneri ilə yeni müqavilə imzalayıb
"Sabah" futbolçusu ilə yollarını ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər