Dünya Bankı: Elektrik bazarı region ölkələrinə 30 mlrd. dollara qədər fayda verə bilər
sizinxeber.az xəbər saytı

Dünya Bankı: Elektrik bazarı region ölkələrinə 30 mlrd. dollara qədər fayda verə bilər


Elektrik bazarı region ölkələrinə 30 milyard dollara qədər fayda verə bilər.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə enerji təcrübəsi meneceri Stephanie Gil bildirib.

Onun sözlərinə görə, region ölkələri bu yaxınlarda Regional Elektrik Bazarının İnteqrasiyası və Ticarəti (REMIT) təşəbbüsünə start veriblər.
S. Gil qeyd edib ki, təşəbbüs təkcə enerji sistemlərinin birləşdirilməsini deyil, həm də regionun ilk ortaq elektrik enerjisi bazarının yaradılmasını və ölkələr arasında enerji ticarətinin genişləndirilməsini nəzərdə tutur.

“2050-ci ilədək bu təşəbbüs regiona 15 milyard dollardan 30 milyard dollara qədər iqtisadi fayda gətirə bilər. Daha yüksək əlaqələndirmə səviyyəsi isə bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasını əlavə 20% artırmağa imkan verəcək”, - deyə o vurğulayıb.

Dünya Bankının nümayəndəsi əlavə edib ki, regional əməkdaşlıq və maliyyələşdirmə mexanizmlərinin birgə tətbiqi Mərkəzi Asiyanın enerji sistemlərinin dayanıqlığını və rəqabət qabiliyyətini gücləndirəcək.

Oxşar xəbərlər

Nazir: Qazaxıstan qonşu ölkələrlə elektrik enerjisi ticarətini genişləndirməyi planlaşdırır
Özbəkistanlı nazir: Azərbaycanla Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı gücləndiririk
Bayraktar: Türkiyə TANAP-ın elektrik versiyasını yaratmaq niyyətindədir
Dünya Bankı müharibədən zərər görmüş Yaxın Şərq ölkələrinə 100 milyard dollar ayıra bilər
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər