sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsveç yeni Arktika strategiyasını təqdim edib
İsveç hökuməti ölkənin yeni Arktika strategiyasını təqdim edib.
Sizinxeber.az xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin yaydığı məlumata görə, xarici işlər naziri Mariya Malmer Stenerqard strategiyanın İkinci Dünya müharibəsindən bəri İsveç üçün ən ciddi təhlükəsizlik vəziyyətini əks etdirdiyini bildirib.
Nazirin sözlərinə görə, Arktika məsələsi həm xarici, həm də daxili siyasət baxımından ölkə üçün xüsusi əhəmiyyət daşıyır.
Yeni sənəd bölgəyə beynəlxalq marağın artmasını və İsveçin Arktik dövlət kimi məsuliyyətinin genişlənməsini nəzərə alır.
Oxşar xəbərlər
Türkiyə ilə İsveç arasında ilk təhlükəsizliklə bağlı toplantı keçiriləcək
Türkiyə ilə İsveç arasında təhlükəsizliklə bağlı ilk toplantı keçiriləcək
NATO ölkələrinin Arktika sularında təlimi baş tutub
İsveç İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürüb
İsveç Polşaya “Gripen” qırıcıları göndərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

