Hindistan Fransadan 114 “Rafale” qırıcısı almaq istəyir
sizinxeber.az xəbər saytı

Hindistan Fransadan 114 “Rafale” qırıcısı almaq istəyir


Hindistan Fransadan 114 ədəd “Rafale” qırıcısının alınması üçün rəsmi sorğu göndərib.

ANI agentliyinin Hindistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, müqavilənin ümumi dəyəri 3,25 trilyon rupi və ya təxminən 40 milyard dollar təşkil edir.

Məlumata əsasən, hökumətlərarası saziş üzrə danışıqların 2027-ci ildə başa çatdırılması planlaşdırılır. Razılaşmaya əsasən, 12-18 qırıcı hazır vəziyyətdə Hindistana təhvil veriləcək, daha 97 təyyarə isə Fransanın Dassault Aviation şirkəti ilə yerli tərəfdaşın əməkdaşlığı çərçivəsində Hindistanda istehsal olunacaq.

Qırıcıların Hindistan Hərbi Hava Qüvvələrinin arsenalına istehsalın başlanmasından üç il sonra daxil olması gözlənilir.

Oxşar xəbərlər

Pakistan ordusu Hindistanın üçüncü qırıcısını vurub - YENİLƏNİB
Pakistan ordusu Hindistanın beş qırıcısını vurub - YENİLƏNİB
Fransa 2027-ci ildə BƏƏ-yə “Rafale” qırıcılarını tədarük etməyə başlayacaq
İsveç yeni Arktika strategiyasını təqdim edib
Tramp: Hindistan ticarət sazişi çərçivəsində ABŞ üçün bazarlarını tam açacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər