BP: Azərbaycan uzun müddətdir ki, Xəzərin aparıcı istehsalçısıdır
sizinxeber.az xəbər saytı

BP: Azərbaycan uzun müddətdir ki, Xəzərin aparıcı istehsalçısıdır


Çox sabit bir boru kəmərləri var və onlar Xəzər dənizindən resurslar daşıyır. Həmçinin "Şahdəniz" kompressiya layihəsi mövcuddur. Hazırda yerli istehsal müəssisələri platformanı inşa edir.

"Report" xəbər verir ki, BP-nin (British Petroleum) hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının sualtı birləşdiricisi olan "Qarabağ" yatağı var", - o qeyd edib və bildirib ki, bu, Xəzərdə ilk dəfə boru kəmərləri və kabelləri vahid dəstə halında çatdıracaq.

Birrel Cəbrayılda Günəş elektrik enerjisi layihəsi haqqında da məlumat verib: "Bu, Səngəçal terminalının elektrikləşdirilməsinə və ixrac üçün qaza qənaətə kömək edəcək. Biz, həmçinin universitetlərlə, müxtəlif qurumlarla enerjidən başqa, ətraf mühit sahəsində də layihələr reallaşdırırıq.

Bu da gələcəyimiz üçün çox vacibdir. Eyni zamanda, Azərbaycan uzun müddətdir ki, Xəzərin aparıcı istehsalçısıdır. İnanıram ki, bu rol Mərkəzi Asiyadakı istehsalı Avropa və ondan kənardakı bazarlara çatdırmaq üçün daha da artacaq".

Oxşar xəbərlər

Birrel: AÇG-nin dərin yataqlarının dibində neft kanalı aşkar etmişik
Səngəçal terminalından neft və kondensat ixracı 10 % azalıb
Qordon Birrell: "Şahdəniz Kompressiya" qurğusu emissiyaları çox aşağı səviyyədə saxlamağa imkan verəcək”
BP "Qarabağ" layihəsi üçün Azərbaycanda boru dəstələri zavodu inşa edəcək
Qari Cons: "Şahdəniz Kompressiya" layihəsi ilə üzrə yekun investisiya qərarı sabah imzalanacaq" - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər