Elnur Məmmədov ABŞ nümayəndə heyəti ilə strateji tərəfdaşlığı müzakirə edib
Xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini, ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun həmsədri Sonata Koulterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi və regional bağlantılar müzakirə olunub.
Tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və iyunun 2-də Bakıda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının ikitərəfli əməkdaşlığa əlavə töhfə verəcəyini bildiriblər.
Görüş zamanı iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin regional sabitlik və rifahın təşviqi istiqamətində dialoqun davam etdirilməsi niyyəti ifadə olunub.
Oxşar xəbərlər
ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Ceyhun Bayramov ABŞ nümayəndə heyəti ilə iqtisadi və enerji əməkdaşlığını müzakirə edib - FOTO
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə TRIPP-in icrasını müzakirə edib
Elnur Məmmədov Xorvatiyada beynəlxalq forumda iştirak edib - FOTOLENT
Elnur Məmmədov Blinkenin köməkçisinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

