SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti  arasında Anlaşma Memorandumu imzalanıb
sizinxeber.az xəbər saytı

SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti  arasında Anlaşma Memorandumu imzalanıb


Bu gün “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

“Sizinxeber.az” SOCAR-a istinadən xəbər verir ki, sənəd Quba-Xəzəryanı ərazisində karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsi üzrə texniki və iqtisadi qiymətləndirmə məqsədilə birgə tədqiqat işlərinin aparılmasını nəzərdə tutur.

Eyni zamanda “Gran Tierra Energy Inc.” şirkəti layihə üzrə mövcud geoloji və texniki məlumatları, həmçinin logistika və infrastruktur potensialını təhlil edəcək. Geoloji kəşfiyyat proqramı və əsas kommersiya şərtləri razılaşdırıldıqdan sonra Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması üzrə iş aparılacaq.

Qeyd edək ki, baş ofisi Kanadanın Kalqari şəhərində yerləşən “Gran Tierra Energy Inc.” beynəlxalq enerji şirkəti hazırda Kanada, Kolumbiya və Ekvadorda neft və təbii qazın axtarışı və hasilatı ilə məşğuldur.

Oxşar xəbərlər

SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
Azərbaycanla BƏƏ-nin “Masdar” şirkəti arasında sənədlər imzalanıb
BP və SOCAR "Qarabağ" layihəsi ilə bağlı şərtləri razılaşdırmalıdırlar
BP və SOCAR “Qarabağ” layihəsi üzrə yeni sənəd imzalayacaq
SOCAR və “Yokogawa Europe” enerji səmərəliliyi və dekarbonizasiyanı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər