Alparslan Bayraktar: "TANAP-ın ötürücülüyünün 40 %-dən çoxu istifadə olunmur"
Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ötürücülük qabiliyyətinin hələ də 40 %-dən çoxu istifadə olunmur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar 31-ci Bakı Enerji Forumunda bildirib.
Nazir bildirib ki, hazırda bir nömrəli məsələ mövcud olan bütün infrastrukturdan maksimum yararlanmağa diqqət yetirməkdir: "İraq-Türkiyə neft kəməri barədə, xatırlayırsınızsa, müxtəlif tədbirlərdə dəfələrlə danışmışıq. Bu gün əgər biz mövcud infrastrukturdan istifadə edə bilsək, gündəlik 1,5 milyon barel neft axını potensialı mövcuddur. İkincisi, biz bəzi kiçik investisiyalar yatırmaqla bu ötürmə gücünü artıra bilərik. Məsələn, İraq-Türkiyə boru kəmərini Kərkükdən Bəsrəyə qədər uzada bilərik və beləliklə, tam gücündən yararlanmaq imkanımız olar. Yəni bunlar inkişaf etdirə biləcəyimiz layihələrdir. Bunlara əlavə olaraq, həm boru kəməri, həm də elektrik enerjisi sahəsində yeni infrastruktur interkonnektor layihələrinə investisiya yatıra bilərik".
O əlavə edib ki, Azərbaycan-Gürcüstan-Türkiyə və Bolqarıstan vasitəsilə bütün Avropaya uzanan elektrik enerjisi interkonnektoru Mərkəzi Asiyaya qədər uzana bilər və bir növ TANAP layihəsinin enerji variantını yarada bilər: "Beləliklə, biz bu qarşılıqlı əlaqə imkanlarını artıra bilərik. Bizə lazım olan yeganə şey güclü siyasi iradə, sadiqlik və bu mühiti formalaşdıracaq güclü liderlikdir".
Oxşar xəbərlər
Alparslan Bayraktar: Türkiyənin Hörmüzdən başqa alternativ marşrutları da var
Alparslan Bayraktar: "Zəngəzur dəhlizi üzərindən enerji və logistika axını Türkiyəyə yönələcək"
Türkiyəli nazir: “Azərbaycandan qaz alışı üzrə uzunmüddətli öhdəliklər götürməyə hazırıq”
Alparslan Bayraktar: "Bu gün Kilisdə tarixi bir ana şahidlik edirik"
Bu il Azərbaycan 22 milyon tondan çox neft-kondensat ixrac edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
Konqoda balina ovlayan qayıq qayaya çırpılıb, 11 nəfər həlak olub
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
