Gürcüstanda təhlükəli virus aşkarlanıb
sizinxeber.az xəbər saytı

Gürcüstanda təhlükəli virus aşkarlanıb


Gürcüstanda təhlükəli Denqe virusuna yoluxma halı aşkarlanıb.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

Onun sözlərinə görə, Denqe diaqnozu ötən həftə bir nəfərdə təsdiqlənib.

Çxaidze virusa yoluxmuş şəxsin vəziyyəti barədə məlumat açıqlamayıb.

Qeyd edək ki, Denqe qızdırması ağcaqanad sancmaları vasitəsilə ötürülən virusdur, dünyanın tropik və subtropik ərazilərində geniş yayılıb. Gürcüstanda bu virus 2013, 2016 və 2017-ci illərdə də qeydə alınıb.

Oxşar xəbərlər

İranda denqe qızdırmasına yoluxma halları artıb
Çində çikungunya qızdırmasına 2800-dən çox yeni yoluxma halı aşkarlanıb
Çinin cənubunda 1,3 mindən çox çikungunyaya yoluxma hadisəsi aşkar edilib
Britaniyada "meymunçiçəyi" virusunun yeni variantına rast gəlinib
Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər