Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 3 200 nəfəri ötüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
20:00
ff aaaaaaa

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 3 200 nəfəri ötüb

26 may, 2026
20:00
982

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 3 200 nəfəri ötüb

İsrail Müdafiə Ordusunun Livanın cənub-qərbinə endirdiyi aviazərbələr nəticəsində sutka ərzində 28 nəfər ölüb, 104 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan vətəndaşların ümumi sayı 3 213-ə, yaralıların sayı isə 9 737-yə çatıb", - nazirlikdən bildirilib.

Qeyd olunur ki, günün ikinci yarısında Nəbatiyyə vilayəti və Bekaa vadisindəki yaşayış məntəqələri intensiv bombardmanlara məruz qalıb. "Xilasedici qruplar bir sıra yerlərdə dağıntıların təmizlənməsini davam etdirir, qurbanların və zərərçəkənlərin sayı arta bilər", - məlumatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul