Azərbaycan və Özbəkistan neft-qaz sahəsində birgə layihələri müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
apr
2026
20:00
0
0
1 385
ff

Azərbaycan və Özbəkistan neft-qaz sahəsində birgə layihələri müzakirə edib

09 apr, 2026
20:00
1 385

Azərbaycan və Özbəkistan neft-qaz sahəsində birgə layihələri müzakirə edib

Özbəkistanda səfərdə olan SOCAR-ın vitse-prezidenti Arzu Cavadova "Özbəkneftqaz" ASC-nin İdarə Heyətinin sədri Abdugani Sanginov ilə görüşüb.

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Görüşdə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığına uyğun olaraq şirkətlər arasında ikitərəfli əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub.

Tərəflər əlaqələrin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair müzakirələr aparıblar.

Söhbət zamanı "Üstyurt" kəşfiyyat sahəsində geoloji kəşfiyyat üzrə birgə layihənin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

×
×