Tramp: İsrail və "Hizbullah" atəşkəs barədə razılığa gəlib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və radikal "Hizbullah" hərəkatı hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində bildirib.
"İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox məhsuldar danışığım oldu. Heç bir (İsrail - red.) qoşun Beyruta getməyəcək, geri dönəcəklər", -Tramp yazıb. Onun sözlərinə görə, yüksək vəzifəli nümayəndələr vasitəsilə atəşkəsə razılıq verən "Hizbullah"la da danışıqlar aparıb.
"İsrail onlara hücum etməyəcək, onlar İsrailə hücum etməyəcəklər", - ABŞ Prezidenti qeyd edib.
Daha əvvəl, "Axios" Livan parlamenti sədrinin müşaviri Əli Həmdana istinadən "Hizbullah"ın İsraillə dərhal və tam atəşkəsə hazır olduğunu bildirib. İsrail hökumətinin sözçüsü öz növbəsində hərəkatın İsrail qoşunlarının Livanın cənubundan dərhal çıxarılması olmadan atəşkəsə hazır olduğunu təsdiqləyib.
Oxşar xəbərlər
Tramp İsrail və “Hizbullah” arasında atəşkəs razılaşması əldə olunduğunu açıqlayıb
"Axios": "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır
Netanyahu: İsrail qoşunları atəşkəsdən sonra Livanın cənubunda qalacaq
KİV: “Hizbullah”ın İsraillə dərhal atəşkəsə hazır olduğu ABŞ-a çatdırılıb
Tramp: İsrail və Livan 10 günlük atəşkəsə razılaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

