Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi istiqamətdə görülən işlər nəzərdən keçirilib
sizinxeber.az xəbər saytı

Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi istiqamətdə görülən işlər nəzərdən keçirilib


"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında enerji sektoru üzrə əlaqələrin uğurlu inkişaf etdiyi qeyd olunub, SOCAR ilə "KazMunayGas" şirkəti arasında formalaşmış əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Söhbət zamanı Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması layihəsinin uğurla davam etdirildiyi bildirilib və bu istiqamətdə görülən işlər nəzərdən keçirilib. Tərəflər üçüncü ölkələrdə birgə investisiya imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
SOCAR-la "ExxonMobil Corporation" arasında memorandum üzrə görülən işlər nəzərdən keçirilib
SOCAR "Uzbekneftegaz" ilə "Üstyurt" layihəsində gələcək əməkdaşlığı nəzərdən keçirib
Azərbaycan və Özbəkistan neft-qaz sahəsində birgə layihələri müzakirə edib
SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər