Tramp İsrail və “Hizbullah” arasında atəşkəs razılaşması əldə olunduğunu açıqlayıb
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Livanın “Hizbullah” hərəkatı ilə atəşkəs barədə razılıq əldə olunduğunu bildirib.
Sizinxeber.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında yazıb.
ABŞ prezidenti qeyd edib ki, Netanyahu ilə keçirdiyi telefon danışığı məhsuldar olub və nəticədə İsrail qoşunları Beyruta göndərilməyəcək.
Onun sözlərinə görə, Beyrut istiqamətində hərəkət edən qüvvələrə də geri dönmək göstərişi verilib.
Tramp əlavə edib ki, yüksək səviyyəli nümayəndələr vasitəsilə “Hizbullah”la da müsbət danışıqlar aparılıb.
“Onlar atışmanın dayandırılmasına razılıq veriblər. İsrail onlara hücum etməyəcək, onlar da İsrailə hücum etməyəcəklər”, - ABŞ prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Netanyahu: İsrail ordusu Livanın cənubunda qalacaq
Tramp İsrail və Livan liderlərini Ağ Evə dəvət edib
Netanyahu: İsrail qoşunları atəşkəsdən sonra Livanın cənubunda qalacaq
Tramp İsrailin Baş naziri ilə telefon danışığı aparıb
Baş nazir: İsrail “Hizbullah”la mübarizəni dayandırmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

