Qazaxıstan və Türkiyə geoloji kəşfiyyat sahəsində əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Qazaxıstan və Türkiyə geoloji kəşfiyyat sahəsində əməkdaşlığı müzakirə edib


Qazaxıstan və Türkiyə geoloji kəşfiyyat sahəsində əməkdaşlıq perspektivlərini və birgə neft-qaz layihələrinin inkişafını müzakirə edib.

"Report"un "KazMunayGaz" SC-yə istinadən verdiyi məlumata görə, müzakirələr şirkətin İdarə Heyətinin sədri Ashat Xasenovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında Bakı Enerji Həftəsi çərçivəsində keçirilmiş görüşdə aparılıb.

Tərəflər Türkiyənin "Turkish Petroleum Corporation" dövlət neft-qaz şirkətinin iştirakı ilə əməkdaşlığın inkişafını müzakirə edib, həmçinin iki ölkənin ərazisindəki perspektivli sahələrin birgə öyrənilməsi və geoloji məlumat mübadiləsi məsələlərini nəzərdən keçiriblər.

Bundan başqa, "Turkish Petroleum Corporation"ın texniki-iqtisadi qiymətləndirmə apardığı Şimali Xəzərdəki "Böyük Jambıl" sahəsi də müzakirə edilib.

Tərəflər həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin mayında Qazaxıstana dövlət səfəri zamanı imzalanmış neft xidmətləri sahəsində əməkdaşlıq haqqında sazişin həyata keçirilməsinə toxunublar.

Qazaxıstanın neft xidmətləri şirkətlərinin TPAO-nun beynəlxalq layihələrində iştirakının genişləndirilməsi mümkünlüyü nəzərdən keçirilir.

Danışıqların sonunda tərəflər iki ölkənin energetika sektorunda tərəfdaşlığı möhkəmləndirmək və əməkdaşlığı inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər.

Oxşar xəbərlər

Macarıstan və Türkiyə neft və qaz yataqlarının kəşfiyyatı üçün birgə müəssisə yaradır
KMG və SOCAR neft-qaz hasilatında birgə layihələrin icrasını müzakirə edib
Azərbaycan Türkiyəyə “yaşıl enerji” tədarükünü müzakirə edib - YENİLƏNİB
Azərbaycan və Özbəkistan neft-qaz sahəsində birgə layihələri müzakirə edib
KMG rəhbəri Daşkənddə SOCAR, “Tatneft” və “Uzbeknefteqaz” ilə memorandumun həyata keçirilməsini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər