

KMG və SOCAR neft-qaz hasilatında birgə layihələrin icrasını müzakirə edib
Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətinin İdarə Heyətinin (İH) sədri Asxat Xasenov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə Bakıdakı görüşündə neft və qazın geoloji kəşfiyyatı və hasilatı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.
Bu barədə “Sizinxeber.az” KMG-nin mətbuat xidmətinə istinadən xəbər verir.
“Görüş zamanı geoloji kəşfiyyat və neft-qaz hasilatı sahəsində birgə layihələrin həyata keçirilməsi, investisiyaların cəlb edilməsi, istehsalın rəqəmsallaşdırılması imkanları müzakirə edilib”, - məlumatda qeyd olunub.
A.Xasenov bildirib ki, SOCAR “KazMunayQaz”ın əsas tərəfdaşıdır: “Əminəm ki, biz birgə səylərlə qlobal enerji təhlükəsizliyinin və karbohidrogen ehtiyatlarının sabitliyinin təmin edilməsinə bundan sonra da mühüm töhfələr verəcəyik. Bu da öz növbəsində Xəzər regionunda tranzit imkanları üçün yeni perspektivlər açacaq”.
KMG-dən verilən məlumata görə, görüş zamanı tərəflər 2022-ci ildə iki şirkət arasında Qazaxıstan neftinin Aktau-Bakı marşrutu üzrə nəqli və sonrakı ixrac üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarükünə dair imzalanmış sazişin gedişatını müzakirə ediblər.
“2024-cü ilin sonuna göndərilən neftin həcmi 1,4 milyon ton təşkil edib. Cari ilin planı 1,7 milyon ton neftdir. KMG və SOCAR arasında əməkdaşlığın bu istiqaməti Qazaxıstan və Azərbaycanın tranzit potensialının təşviqinə, eləcə də yerli karbohidrogen ixracının beynəlxalq bazarlara genişləndirilməsinə töhfə verir”, - məlumatda bildirilib.
Bundan əlavə, dekarbonizasiya üzrə şirkətlər arasında strateji sazişin həyata keçirilməsi müzakirə edilib.
“Ötən il Azərbaycanda keçirilən COP29 çərçivəsində imzalanmış sənəd neft-qaz sahəsində zərərli emissiyaların azaldılması üçün karbonsuzlaşdırma və aşağı karbonlu texnologiyaların tətbiqi sahəsində əməkdaşlığın inkişafına yönəlib”, - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Xasenov: “KazMunayQaz”, SOCAR, “Tatneft” və “Uzbekneftqaz” əməkdaşlığı gücləndirir
SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib
BTC ilə I yarımildə 700 min tondan çox Qazaxıstan nefti daşınıb
SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək
Azərbaycan Gürcüstanla şəhərsalmaya dair layihələrin icrasını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
