KMG rəhbəri Daşkənddə SOCAR, “Tatneft” və “Uzbeknefteqaz” ilə memorandumun həyata keçirilməsini müzakirə edib
sizinxeber.az xəbər saytı

KMG rəhbəri Daşkənddə SOCAR, “Tatneft” və “Uzbeknefteqaz” ilə memorandumun həyata keçirilməsini müzakirə edib


Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətinin İdarə Heyətinin (İH) sədri Asxat Xasenov "Uzbeknefteqaz"ın İH-nin sədri Baxodirjon Sidikov ilə bir sıra məsələləri müzakirə edib.

“Sizinxeber.az”un Qazaxıstan bürosu KMG-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, buraya bu ilin martın 5-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın “KazMunayQaz”, Tatarıstanın “Tatneft”və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri arasında imzalanmış memorandumların həyata keçirilməsi üzrə növbəti addımların müzakirəsi daxildir.

Bundan əlavə, tərəflər Qazaxıstan və Özbəkistanın sərhədyanı bölgələrində geoloji kəşfiyyat layihələrinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

"Şirkətlər həmçinin geoloji-texniki məlumatların mübadiləsi üçün ümumi informasiya məkanı yaratmağı və beynəlxalq neft-qaz layihələrində birgə iştirak imkanlarını nəzərdən keçirirlər", - məlumatda qeyd olunub.

KMG-dən bildirilib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri neft-kimya olaraq qalır.

A.Xasenov vurğulayıb ki, "KazMunayQaz" "Uzbeknefteqaz" ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir: "Tərəfdaşlığımız, şübhəsiz ki, bütün Mərkəzi Asiyanın enerji sektorunun inkişafına töhfə verəcək. Özbəkistanlı həmkarlarımızla bütün əsas istiqamətlər üzrə fəal şəkildə işləməyə hazırıq".

Qeyd edək ki, Bakıda 2025-ci il martın 5-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın “KazMunayQaz”, Tatarıstanın “Tatneft” və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri arasında rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında dördtərəfli memorandumlar imzalanıb. Sənədlər, xüsusilə, rəqəmsal həllərin işlənib hazırlanması və tətbiqi, həmçinin texnogen xarakterli fövqəladə halların aradan qaldırılması üzrə təcrübə mübadiləsini nəzərdə tutur.

Görüşün yekunları üzrə, tərəflər şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üzrə "Yol xəritəsi" imzalayıblar.

Oxşar xəbərlər

Xasenov: “KazMunayQaz”, SOCAR, “Tatneft” və “Uzbekneftqaz” əməkdaşlığı gücləndirir
Prezident İlham Əliyev “Tatneft”, “KazMunayQaz” və “Uzbeknefteqaz” şirkətlərinin rəhbərlərini qəbul edib
KMG və SOCAR neft-qaz hasilatında birgə layihələrin icrasını müzakirə edib
Prezident “Tatneft”, “KazMunayQaz” və “Uzbeknefteqaz”ın rəhbərlərini qəbul edib
SOCAR və “Tatneft” sürtkü materiallarının birgə istehsalı ideyasını müzakirə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər