Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib
sizinxeber.az xəbər saytı

Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib


ABŞ prezidenti Donald Tramp İrandan tələblərini açıqlayıb.

APA xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb.

Tramp ilkin şərt kimi, İranın heç vaxt nüvə silahına sahib olmamaqla razılaşması önə sürülüb.

Bundan başqa, Hörmüz boğazının hər iki istiqamətdə, rüsum tətbiq olunmadan bütün gəmilər üçün açılması, eləcə də dəniz minalarının təmizlənməsi qeyd olunub.

O bildirib ki, indiyə qədər ABŞ donanması minaları partlatmaq üsulu ilə təmizləyib, yerdə qalanları isə İran tərəfindən təmizlənməlidir.

ABŞ prezidenti qeyd edib ki, şərtlər ödənildikdən sonra, dəniz blokadası ləğv olunacaq və gəmilər öz ölkələrinə qayıda biləcəklər.

Bundan başqa, İranın zənginləşdirilmiş uran maddəsi İranla və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə koordinasiya çərçivəsində yerin altınnda saxlanıldığı məkandan çıxarılacaq.

“Növbəti xəbərdarlığa qədər heç bir pul mübadiləsi olmayacaq. Daha az əhəmiyyətə malik digər məsələlər üzrə razılığa gəlinib. İndi mən son qərarı vermək üçün iclas otağında olacağam”, - Tramp qeyd edib.

Oxşar xəbərlər

Tramp: Merz İranın nüvə silahına malik olmasını məqbul sayır
Tramp: ABŞ nüvə razılaşması çərçivəsində İrana uranı zənginləşdirməyə icazə verməyəcək
Netanyahu: İranla müharibə bitmiş sayılmır
Tramp: İranla növbəti sülh danışıqları bu həftəsonu baş tuta bilər
Tramp: İranla əldə olunacaq yeni razılaşma əvvəlki nüvə sazişindən xeyli üstün olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər