28
may
2026
21:00
yuxarı
"Qəbələ" "Mingəçevir"i məğlub edərək Premyer Liqada yerini qoruyub
"Qəbələ" "Mingəçevir"i məğlub edərək Premyer Liqada yerini qoruyub
"Qəbələ" "Mingəçevir"i məğlub edərək Premyer Liqada yerini qoruyub.
"Report" xəbər verir ki, bölgə təmsilçiləri pley-off matçında üz-üzə gəliblər.
"SOCAR Polymer Arena"da keçirilən görüşdə Kaxaber Sxadadzenin baş məşqçisi olduğu kollektiv 2:0 hesablı qələbəyə sevinib.
36-cı dəqiqədə "Mingəçevir"in futbolçusu Əkbər Eyubov avtoqol müəllifi olub. "Qəbələ"nin heyətində isə Seydina Keyta 45+5-ci dəqiqədə fərqlənib.
Bu qələbə sayəsində "Qəbələ" 2026/2027 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etmək hüququ qazanıb.
Xatırladaq ki, "Qəbələ" cari mövsüm Misli Premyer Liqasını 11-ci, "Mingəçevir" isə I Liqanı 2-ci pillədə başa vurub.
