Tramp bu gün İranla razılaşma barədə yekun qərar qəbul etmək niyyətindədir
ABŞ Prezidenti Donald Tramp mayın 29-da müşavirə zamanı İranla əvvəlcədən razılaşdırılmış sazişin təsdiqlənməsi barədə yekun qərar verməyi planlaşdırır.
"Report" xəbər verir ki, Ağ Evin rəhbəri bunu "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"İndi mən yekun qərar qəbul etmək üçün (Ağ Evin) Situasiya Otağında iclas keçirməyə hazırlaşıram", - o, Tehran və Vaşinqton tərəfindən hazırlanmış razılaşmanı şərh edərək qeyd edib.
ABŞ Prezidenti vurğulayıb ki, İranla anlaşmanın müddəalarının əhəmiyyətli hissəsi artıq razılaşdırılıb. Bundan əlavə, Tramp bildirib ki, sazişin şərtlərinə əsasən, İslam Respublikası nüvə silahına sahib olmaqdan müddətsiz imtina etməlidir.
Trampın sözlərinə görə, İranla potensial saziş Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutur. Bu zaman tranzit üçün heç bir ödəniş tutulmayacaq.
"Hörmüz boğazı dərhal açılmalıdır, gəmilərin hər iki istiqamətdə sərbəst keçidi üçün heç bir ödəniş olmadan", - Tramp dəqiqləşdirib. Saziş həmçinin dəniz blokadasının aradan qaldırılmasını və Hörmüz boğazının minalardan təmizlənməsini nəzərdə tutur.
Daha əvvəl "Tasnim" agentliyi İran və ABŞ arasında mümkün sazişin təfərrüatlarını təqdim edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
İranla razılaşdıq, Hörmüz boğazı açıq qalacaq - Tramp
Tramp: İranla razılaşma imzalanana qədər Hörmüzü blokadada saxlayacağıq
Tramp: ABŞ danışıqlar başa çatanadək Hörmüz boğazından gəmilərin keçidini dayandıracaq
İranla saziş üzrə razılıq əldə olunub - Tramp
Tramp Hörmüz boğazında İranla birgə müəssisənin yaradılmasını təklif edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
