Tramp Uilyam Pultenin vəzifəsinin icrasına başlayacağı tarixi açıqlayıb
sizinxeber.az xəbər saytı

Tramp Uilyam Pultenin vəzifəsinin icrasına başlayacağı tarixi açıqlayıb


ABŞ Prezidenti Donald Tramp Uilyam Pultenin iyunun 19-da Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinin icrasına başlayacağını bildirib.

"Report"un məlumatına görə, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

D.Trampın sözlərinə görə, U.Pulte vəzifəsindən gedən direktor Tulsi Qabbardla sıx əməkdaşlıq edəcək.

Prezident həmçinin qeyd edib ki, U.Pulte ABŞ-nin Mənzil Maliyyələşdirmə Federal İdarəsinin rəhbəri və "Fannie Mae", "Freddie Mac" ipoteka agentliklərinin sədri vəzifələrində qalacaq.

Tramp Pultenin Milli Kəşfiyyat İidarəsinin direktoru vəzifəsinə təyin olunduğunu 2 iyunda elan edib. Qərar Prezidentin siyasi rəqibləri tərəfindən tənqidlərə səbəb olub və onlar Pultenin bu vəzifə üçün lazımi təcrübəyə malik olmadığını və eyni zamanda bir neçə vəzifəni icra etməkdə çətinlik çəkəcəyini bildiriblər.

Oxşar xəbərlər

Tramp: ABŞ Milli Kəşfiyyat İdarəsinə yeni direktor axtarışını davam etdirir
Tramp ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə Uilyam Poltini təyin edib
Tramp Milli Təhlükəsizlik Agentliyinin direktoru vəzifəsindən azad edib
WP: Tramp Milli Təhlükəsizlik Agentliyinin direktorunu vəzifəsindən azad edib
Tramp Obamanı saxtakarlıqda ittiham edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər