ABŞ-ın nüvə silahlarına xərcləri 22 faiz artıb
sizinxeber.az xəbər saytı

ABŞ-ın nüvə silahlarına xərcləri 22 faiz artıb


ABŞ-ın nüvə silahlarına ayırdığı vəsait 2025-ci ildə əvvəlki illə müqayisədə 22 faiz artaraq 69,2 milyard dollara çatıb.

APA xəbər verir ki, bu barədə Nüvə Silahlarının Qadağan Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) hesabatında bildirilir.

“ABŞ yenidən nüvə silahına malik bütün digər dövlətlərin birlikdə xərclədiyindən daha çox vəsait sərf edib – 69,2 milyard dollar”, - hesabatda qeyd olunur.

Sənədə əsasən, nüvə silahlarına ən çox vəsait ayıran ölkələr arasında ikinci yerdə Çin (13,5 milyard dollar), üçüncü yerdə Böyük Britaniya (12,6 milyard dollar), dördüncü yerdə isə Rusiya (9,5 milyard dollar) qərarlaşıb.

ICAN ekspertlərinin hesablamalarına görə, hesabatda yer alan doqquz nüvə dövlətinin ümumi xərcləri təxminən 119 milyard dollar təşkil edib.

Qeyd edək ki, ICAN 2007-ci ildə Avstraliyanın Melburn şəhərində yaradılmış qeyri-hökumət təşkilatları koalisiyasıdır və nüvə silahlarının tam ləğvini hədəfləyir. Təşkilat 2017-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.

Oxşar xəbərlər

ABŞ Ukraynaya dəstək üçün 350 milyard dollar xərcləyib
Pentaqonun müqavilə xərcləri 2023-cü maliyyə ilində 431,4 milyard dollar olub
Tramp: Gömrük rüsumları ABŞ-a gündəlik 2 milyard dollar qazandırır
ABŞ-da milyonçular üçün vergi artımı büdcəyə 400 milyard dollar gətirə bilər
Dünya Bankı müharibədən zərər görmüş Yaxın Şərq ölkələrinə 100 milyard dollar ayıra bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər