ABŞ nüvə çəkindirməsi də daxil olmaqla, Yaponiyanı müdafiə etmək öhdəliyini təsdiqləyib
ABŞ nüvə çəkindirməsi də daxil olmaqla, bütün müdafiə imkanlarından istifadə ilə Yaponiyanın müdafiəsini davam etdirəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Tokioda keçirilən Yaponiya-Amerika genişləndirilmiş dialoqunun yekunlarına dair birgə bəyanatda deyilir.
"ABŞ nüvə çəkindirməsi də daxil olmaqla, bütün müdafiə imkanlarından istifadə ilə Yaponiyanı müdafiə etmək öhdəliyini bir daha təsdiqlədi", - sənəddə qeyd olunur.
Bəyanatda vurğulanır ki, Yaponiya öz növbəsində Amerika qüvvələrinə və onların sülhməramlı əməliyyatlarına dəstəyini bir daha təsdiqləyib.
Tərəflər həmçinin artan regional nüvə təhlükəsi fonunda Amerika nüvə qüvvələrinin modernləşdirilməsi, uyğunlaşmasını və Yaponiyanın müdafiə siyasətini müzakirə ediblər.
Bundan əlavə, Tokio Vaşinqtonu silahlanmaya nəzarət məsələsində Çin və Rusiya ilə əməkdaşlıq da daxil olmaqla, silahlanma yarışının qarşısının alınması ilə bağlı beynəlxalq dialoqu gücləndirməyə çağırıb. Tərəflər həmçinin KXDR-in tam nüvəsizləşdirilməsi zərurəti ilə bağlı mövqelərini bir daha təsdiqləyiblər.
Oxşar xəbərlər
KİV: Finlandiya NATO-nun nüvə çəkindirməsi təlimlərində iştirak edə bilər
ABŞ, Yaponiya və Avstraliya üçtərəfli müdafiə məsləhətləşmələri barədə razılığa gəliblər
ABŞ Avropa ölkələri ilə nüvə silahlarına dair danışıqlar aparır
Rusiya-Çin hərbi əməkdaşlığının dərinləşməsi Yaponiyanı ciddi narahat edir
Rusiya XİN ABŞ-nin İrandakı nüvə obyektlərinə hücumunu pisləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
